İsrail həlak olmuş hərbçilərinin sayını açıqladı

İsrail həlak olmuş hərbçilərinin sayını açıqladı
 

İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Hagarinin verdiyi məlumata görə, radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsindən bu günədək İsrailin azı 279 hərbçisi həlak olub.

Bu barədə “Paralel.az” “Times of İsrael”ə istinadən xəbər verir.

Haqari əlavə edib ki, 126-dan çox hərbçi HƏMAS silahlıları tərəfindən əsir götürülüb.

Oktyabrın 7-də Qəzzada yerləşən radikal HƏMAS qruplaşması İsrailin cənubuna hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.(Report)

 

0.012981176376343