İsrail ərazisi atəşə tutuldu

İsrail ərazisi atəşə tutuldu
 

İsrailin Qolan təpələrindəki Har Dov dağı ərazisinə Livandan 30-a yaxın minaatan mərmi atılıb.

“Paralel.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, mərmilərdən bəziləri İsrail ərazisinə düşüb. Buna cavab olaraq İsrail tərəfi Livana zərbələr endirməkdə davam edir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

 

0.014385938644409