Qəzza zolağında yaşayan əcnəbilərlə bağlı razılığa gəlindi

Qəzza zolağında yaşayan əcnəbilərlə bağlı razılığa gəlindi
 

Misir, İsrail və ABŞ Qəzza zolağında yaşayan əcnəbilər üçün dəhliz açmaq barədə razılığa gəliblər.

“Paralel.az” xəbər verir ki, bu barədə “Tayms of İsrail”  nəşri məlumat yayıb.

Bildirilib ki, həmin dəhliz Misirin Rəfah ərazisindən keçəcək.

Vurğulanıb ki, razılaşma HƏMAS tərəfindən saxlanılan girovlara aid deyil.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.(Qafqazinfo)

 

0.012899160385132