Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
 

Türkiyənin şimalında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Bolu şəhərindən 21 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 7.28 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.

 

0.013957023620605