İranda "Netanyahu həbs edildi" 

İranda
 

İsrail-Fələstin müharibəsindən sonra İranda Fələstinə dəstək aksiyası keçirilib.

"Paralel.az" xəbər verir ki, aksiya zamanı İsrailin baş naziri  "Benyamin Netanyahu" həbs edilib.
Belə ki, aksiyaçılar bir nəfərə kostyum geyindərərək onun üzünə karton Netanyahu maskası taxıblar. 

Dosent Zaur Əliyev İranda keçirilən aksiyaya ironiya ilə yanaşıb:

"Başa düşdük ay İran, türk Azərbaycan soyqırıma məruz qaldı, məscidləri dağıdıldı, evlər yıxıldı, insanlar öldü, didərgin düşdü. Qarışmadın, əks tərəfə dəstək oldun. Biz türkük. Anlayırıq, sizin düşməninizik. 
Yaxşı, indi fələstinlilər ki, türk deyillər. Açıq müharibəyə qoşul, döyüş, savaş. müqəddəs şəhəri xilas elə.  
Yoxsa artistlik edib karton tutmaqla iş olmur. 
Hürməklə iş keçmir və İslamdan danışmağa haqqın yoxdur", - deyə o yazıb.

 

 

 

 

0.012940883636475