Dünyanın ən güclü və hörmətli müsəlman lideri Ərdoğandır - Şeyx Xalid Yasin

Dünyanın ən güclü və hörmətli müsəlman lideri Ərdoğandır - Şeyx Xalid Yasin
 

"Müsəlman dünyasının bir modelə, sosial modelə ehtiyacı var. Müsəlman dünyasının mütləq mükəmməl və ya super dindar deyil, ləyaqəti olan, səriştəli, açıq sözlü və açıq şəkildə "Biz müsəlmanıq" deyən liderə ehtiyacı var".

"Paralel.az" "Star" qəzetinə istinadla xəbər verir ki, bu sözləri ABŞ-da irqçiliklə mübarizənin simvolik simalarından biri, afro-amerikalı veteran müsəlman aktivist  Şeyx Xalid Yasin deyib. O, müsəlman dünyasının süfrəyə gəldikdə hörmət ediləcək, heç kimə tabe olmayacaq bir dövlətə ehtiyacı olduğuna diqqət çəkib. Türkiyənin son zamanlar belə olduğunu vurğulayan ativist sözlərinə belə davam edib:

"Təyyarə varsa, pilot da var. Gəmi varsa, kapitan da var. Komanda varsa, məşqçi də var. Fövqəladə bir şeyin baş verdiyini görəndə, rəhbər vəzifədə olan adama baxmaq lazım gəlir və bu, mənim üçün heç də çətin deyil. Mən asiyalı, afrikalı, ərəb deyiləm, amma bu gün dünyanın demək olar ki, ən güclü və ən hörmətli müsəlman lideri olduğuna inandığım bir şəxs varsa, o da cənab Ərdoğandır (Rəcəb Tayyib Ərdoğan - red.)".

 

 

0.019989967346191