Haylar ermənini azərbaycanlılar haqda dediklərinə görə qınadı - ŞOK ARXİV VİDEO

Haylar ermənini azərbaycanlılar haqda dediklərinə görə qınadı - ŞOK ARXİV VİDEO
 

2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran kəndində ermənilərin görüşünü əks etdirən arxiv görüntülər ortaya çıxıb. 

"Paralel.az" xəbər verir ki, videoda kənd sakinlərinin demək olar ki, hamısının qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini bildirməsi əks olunub.

Ermənilərdən yalnız biri söyləyir ki, əgər məsələ müsbət şəkildə həll olunarsa, azərbaycanlılarla dostluq münasibəti mütləq davam edəcək. Onun bu açıqlaması ətrafındakıların narazılığına səbəb olub. 

“Mən gördüklərimi deyirəm. Ağdamda qəzaya düşdüm, azərbaycanlı maşınımı həyətində gizlətdi ki, yol polisi məni tutmasın. Belə də oldu. Bu dostluq deyilmi? Bunu partiya sifariş edib? Düşmən düşmənə kömək edirmi?”, - deyə o bildirib.

 

0.012962102890015