Yalan danışırıq, praktik olmalıyıq, Əliyevdən öyrənəsi çox şey var - Qabrielyan

Yalan danışırıq, praktik olmalıyıq, Əliyevdən öyrənəsi çox şey var - Qabrielyan
 

“İndi bizdə həyat imitasiyası, cəmiyyət imitasiyası, dövlətin imitasiyası, hakimiyyətin imitasiyası var".

"Paralel.az" xəbər verir ki, bunu erməni etnoqrafı Mxitar Qabrielyan YouTube kanalında TemTV-də söhbət zamanı deyib.

“Biz 21-ci əsrdə oturub inqilaba ümid edirik, bu nə dərəcədə effektivdir? Bu metaforadan qurtulmaq lazımdır. Bu metaforalar evimizi məhv edir.

İlk növbədə uşaqlarımızı aldatmamağı, yalan danışmamağı öyrətməliyik. Çünki bu hiylə daha sonra mədəniyyətdə, tərbiyədə özünü göstərir", - o bildirib.

Etnoqraf söyləyib ki, onların vaxtı və özlərini aldatmaqla məşğul ediblər. O, tövsiyə edib ki, praktik olmaq lazımdır

"Bilirsiniz, heç vaxtımız yoxdur. Biz elə bir xalqıq ki, özümüzü qədim xalq adlandıraraq belə qənaətə gəlmişik ki, bizim üçün bir il, beş il, on il önəmli deyil. Zamanın bizim üçün fərqli ölçüsü var. Praktik olmaq lazımdır, uğur praktiklikdədir, Əliyevə baxın, zamanın düzgün qiymətləndirilməsinin nə qədər vacib olduğunu görəcəksiniz”.

 

0.013200998306274