Ziya Bünyadov-100 (Beynəlxalq Elmi Konfrans)

Ziya Bünyadov-100 (Beynəlxalq Elmi Konfrans)
 

Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda Beynəlxalq Elmi Konfrans
(20-21 dekabr 2023-cü il, Bakı)

Azərbaycan mediyevist tarixçi ərəbşünaslıq məktəbinin banisi akademik Ziya Bünyadovun elmi yaradıcılığı iki istiqamətdə inkişaf etmişdir:Yaxın və Orta Şərq ölkələrinin feodalizm dövrü tarixinin tədqiqi və Yaxın və Orta Şərq xalqlarının tarixi, elm və mədəniyyətinə dair orta əsr müəlliflərinin əsərlərinin araşdırılması,izahlı tərcüməsi və nəşri. Ziya Bünyadovun şərqşünaslıq elminin müxtəlif sahələrinə dair çoxsaylı əsərlərində (450-dən çox elmi monoqrafiya,məqalə,məruzə,şərhli tərcümə) nəinki Azərbaycan xalqının,eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixi tədqiq edilir.Onun bütün əsərləri ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslanır,araşdırdığı məsələlər isə öz orijinallığı ilə fərqlənir. Dünya şöhrətli alim zəngin və çoxşaxəli elmi yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair ərəsəyə gətirdiyi fundamental tədqiqatlar,eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı,onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır.
Z.M.Bünyadov-100 (Beynəlxalq elmi Konfrans )
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 20-21 dekabr 2023-cü il tarixində akademik Z.M.Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda Beynəlxalq elmi Konfrans keçirəcəkdir. Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün tezislərin qəbulunu elan edir.
Konfransda aşağıdakı tematik bölmələr üzrə Şərq xalqlarının tarixi və mədəniyyəti ilə bağlı problemlərin müzakirəsi nəzərdə tutulur:
• Akademik Z.M.Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi;
• Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı;
• Müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri;
• Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri;
• Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri.

Tezislərin qəbuluna dair tələblər:
• Tezislər Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır;
• Tezislərin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected];
• Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir;
• Tezisin həcmi 300 sözdən az, 400 sözdən çox olmamalıdır;
• Məruzə tezisində tədqiq olunan mövzu və gəlinən nəticələr aydın şəkildə göstərilməlidir.

Tezislərin qəbulunun son tarixi: 30 oktyabr 2023-cü il
Qəbul olunan tezislərin elanı: 10 noyabr 2023-cü il

Qeyd: Konfransa iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.
Əlaqə telefonu: +994 55 392 96 41

Konfransın Təşkilat Komitəsi

"Paralel.az"

0.018208980560303