Ermənistan prezidenti Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb

Ermənistan prezidenti Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb
 

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb.

"Paralel.az" Ermənistan mediasının istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin saytında məlumat verilib.

Xatırladaq ki, 2023-cü il martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanunlarına uyğun olduğunu tanıyıb. Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva son dərəcə mənfi reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə gətirib çıxaracaq. Kreml ratifikasiyanı özünə qarşı düşmənçilik kimi xarakterizə edib.

“Ermənistan çox yaxşı bilir ki, biz (Roma Statutunun) iştirakçısı deyilik və Ermənistan bunun əsasında qəbul edilmiş qərardan (Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməkdən) yaxşı xəbərdardır. Biz bilirik ki, İrəvandakıların bu barədə çox yaxşı məlumatları var. Biz bunu xoş qarşılamırıq”, – deyə Rusiya prezidentinin sözcüsü Dmitri Peskov bildirimişdi.

Qeyd edək ki, Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasının Ermənistan hökuməti üçün məcburi xarakter daşıması deməkdir.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb.

0.013381958007812