Bakıda yatmış qardaşları bıçaqlayan şəxs yenidən hakim qarşısında

Bakıda yatmış qardaşları bıçaqlayan şəxs yenidən hakim qarşısında
 

Bakıda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Azər Zeynal Ali Məhkəməyə müraciət edib.

"Paralel.az" xəbər verir ki, onun müraciətinə hakim Əziz Seyidovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda Azər Zeynalov quldurluq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin hadisəni quldurluq məqsədilə törətdiyi iddia olunur. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb. Yaralı qardaşlar xəstəxanaya yerləşdirilib, onları xilas etmək mümkün olub.

 

0.022909164428711