Azərbaycan qarşı bu addımda itirən yenə də Avropa təşkilatları olacaq - AÇIQLAMA

Azərbaycan qarşı bu addımda itirən yenə də Avropa təşkilatları olacaq - AÇIQLAMA
 

Azərbaycan davamlı olaraq beynəlxalq təşkilatların, xüsusən də Qərb ölkələri və bu ölkələrin nəzarətində olan beynəlxalq təşkilatların ikili standartı, qərəzli siyasəti ilə üzləşib və üzləşməkdə davam edir.  

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, biz AŞPA-nın payız sessiyası çərçivəsində “Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutların etimadının bərpasında və dünyada sülhün təşviqində Avropa Şurasının rolu” adlı məruzənin nəticəsi olaraq Qarabağla bağlı qəbul edilən sənəd zamanı bir daha şahidi olduq.

“Bundan öncə Avropa Parlamentinin Azərbaycana qarşı belə bir qərəzli və ikili standartlara əsaslanan sənədin qəbulunun şahidi olduq. Bir sıra Avropa strukturlarının və ölkələrinin dünyanın müxtəlif ölkələrində və bölgələrindəki eyni xarakterli münaqişələrə və hadisələrə fərqli  mövqelər sərgiləməkdədir. Ukraynada son günlər HƏMAS-ın hücumundan sonra yaranmış  vəziyyətdə biz Qərbin məsələyə necə kəskin yanaşdığının şahidi olsaq da, eyni vəziyyətlə üzləşən Azərbaycana qarşı münasibətdə isə tamamilə fərqli bir münasibətin şahidi oluruq. Biz Ermənistan-Azərbaycan münaqişəsində Qərbin işğalçılıq, beynəlxalq hüquqa zidd  hərəkətlərinin necə dəstəkləndiyini, bir çox hallarda isə ermənilərin işğalçılığı, hərbi cinayətləri, terrora sövq edilməni müşahidə edirik”, - o qeyd edib.

Deputat əlavə edib ki, bu eyni zamanda beynəlxalq hüququn aliliyininin qorunması ilə bağlı üzərinə öhdəlik götürən Avropa strukturlarının beynəlxalq hüquqa olan hörmətsizliyi və onu tapdalaması deməkdir: “Əgər AŞPA digər beynəlxalq təşkilatlar, Avropa ölkələri Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ədalətli mövqe sərgiləyib işğalçını qınayıb, ona qarşı sərt tədbirlər görsəydilər bugünkü mənzərə yaranmazdı. Bu gün yaranmış vəziyyətin məsuliyyətini həm də həmin təşkilatlar və ölkələr daşıyır. Çünki onlar 30 il müddətində susdular. Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən ədalətli mövqe sərgiləyib. Konkret addımalr atmasını gözləsə də, nəticəsi olmadı. Yeri gəldikcə beynəlxaq hüquqa zidd olaraq Azərbaycana təzyiq edib işğalçı Ermənistana güzəştə getməyə vadar etdilər. Münaqişənin ədalətli həlli və sülhün təmin olunması istiqamətində zərrə  qədər də olsun səy göstəmədilər. Nəticədə Azərbaycanın bu təşkilatlar və ölkələrə inamı sarsıldı. Azərbaycanın bu təşkilatlara inamı itdiyindən məcbur olub öz gücünə arxalanar ədalətin bərqərar olması istiqamətində ciddi addımlar atdı və buna da nail oldu.

Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana sülh əlini uzatsa da, yenə də bu sülh əlini geri döndərərək sülh pozuculuğu istiqamətində təxribatçı fəaliyyətini davam etdirdi.  Beynəlxalq təşkilatlar 30 ildə olduğu kimi, Ermənistanı beynəlxalq hüququn tələblərini, o cümlədən 44 günlük müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırış etmək əvəzinə onların sülh pozuculuğu fəaliyyətinə göz yummaqda davam etdilər.
Azərbaycan beynəlxalq birliyin bu səssizliyini və Cənubi Qafqazda dayanıqlı sülhün olmasında maraqlı olmadığını görərək yenə də məsuliyəti öz üzərinə götürərək, beynəlxalq humanitar qaydalara riayət etməklə, heç bir mülki şəxsə və obyektə ziyan vurmadan 24 saata yaxın davam edən antiterror tədbirləri nəticəsində məsələni həll etdi. Antiterror tədbirlərindən sonra Bakı Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasi üçün təxirəsalınmaz tədbirlər planını həyata keçirməyə başladı. Lakin Qarabağı tərk etmək istəyənlər üçün də şərait yaratdı. Köçənlərə ən yüksək səviyyədə humanitar dəstək verilib insani münasibətlər göstərildi. Bütün bunlar bütün beynəlxaql aləmin gözü qarşısında baş verdi. Ancaq çox təəssüf ki, bir çox  anti-Azərbaycan güclər və mərkəzlər yenə də öz əvvəlki “ənənəsi”nə sadiq qalaraq  Azərbaycana qarşı qərəzli münasibət bəsləyib çirkin niyyətlərini həyata keçirmək üçün ləkəyaxma, gözdənsalma kampaniyasını davam etdirdilər. Başda Fransa olmaqla bəzi Avropa strukturlarına təzyiq edib Azərbaycana qarşı məkrli planlarını reallaşdırıb Cənubi Qafqazda gərginliyin davam etməsinə çalışırlar. Lakin onların bütün bu çirkin niyyətləri indiyədək olduğu kimi, bundan sonra da iflasa uğrayacaq. Nəticədə isə bundan itirən və nüfuzdan düşən həmin ölkələr və təşkilatlar olacaq. Bununla da AŞPA, Avropa Parlamenti kimi təşkilatlar bu cür davranışları ilə öz imiclərinə böyük zərbə vurmuş olacaq. Onlara olan inam itəcək”.

Mürtəza

 

0.012049913406372