AŞPA Putinin həbsini istəyir - SƏNƏD QƏBUL EDİLDİ

AŞPA Putinin həbsini istəyir - SƏNƏD QƏBUL EDİLDİ
 

AŞPA təşkilata üzv dövlətləri “Vladimir Putini indiki prezidentlik müddəti başa çatdıqdan sonra qeyri-legitim kimi tanımağa və humanitar təmaslar istisna olmaqla sülhə nail olmaq üçün onunla bütün əlaqələri dayandırmağa” çağırıb.

“Paralel.az” xəbər verir ki, AŞPA bəyan edib ki, Vladimir Putin 2000-ci ildən prezident və ya baş nazir kimi hakimiyyətdədir, 2020-ci ilin iyul ayında Rusiya Konstitusiyasına edilən düzəlişlər nəticəsində isə onun potensial prezidentlik müddətinin 2036-cı ilə qədər uzadılması narahatlıq doğurur. 

Qurum belə bir qətnaməni deputat Pieter Omtsiqtin (Hollandiya, EPP/CD) hazırladığı hesabata əsasən qəbul edib.

Təşkilat Rusiyanın Ukraynaya qarşı təcavüzünü və onun nəticələrini BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit edildiyi kimi diktaturaların “beynəlxalq sülh və təhlükəsizliyə, qonşularının ərazi bütövlüyünə və siyasi müstəqilliyinə təhdid yaratdığının” sübutu kimi göstərib. Beləliklə, avropalı parlamentarilər bəyan ediblər ki, “Rusiyada demokratiyanın bərpası təkcə rus xalqının deyil, həm də Avropanın və bütün dünyanın maraqlarına cavab verir”.

AŞPA qəbul etdiyi sənəddə həmçinin “Krımın qeyri-qanuni ilhaqından və Donbassdakı müharibədən tutmuş MH17 reysinin qəzaya uğramasınadək Rusiya rəhbərliyini, o cümlədən Vladimir Putini məsuliyyətə cəlb etmək” üçün xüsusi beynəlxalq cinayət tribunalının yaradılmasını dəstəkləndiyi əks olunub.

 

 

0.01199197769165