Qohumunu daş parçası ilə öldürən şəxs hökmdən narazıdır

Qohumunu daş parçası ilə öldürən şəxs hökmdən narazıdır
 

Beyləqan rayonunda 28 yaşlı qohumunu daş parçası ilə öldürməkdə təqsirli bilinən Nicat Əsədov məhkəməyə apellyasiya şikayəti verib.

Onun şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

Cinayət işi hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun həmin gün saat 16 radələrində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

0.015598058700562