İranda güclü partlayış: ən azı 8 nəfər ölüb

İranda güclü partlayış: ən azı 8 nəfər ölüb
 

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində məişət qazının partlaması nəticəsində azı 8 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

"Süsəngərd şəhəri yaxınlığındakı Gölbahar kəndində yaşayış binasında qazın partlaması nəticəsində 8 nəfər həlak olub", - məlumatda deyilir.
Hadisə nəticəsində daha 4 nəfər yaralanıb: 5, 6 və 12 yaşlı 3 uşaq, həmçinin 60 yaşlı qadın.

0.01758599281311