Stoltenberq: NATO-nun bütün üzvləri Ukraynanın gələcəyinin Alyansda olduğunu təsdiqləyir

Stoltenberq: NATO-nun bütün üzvləri Ukraynanın gələcəyinin Alyansda olduğunu təsdiqləyir
 

Brüsseldə keçirilən Ramşteyn formatında görüşdə Alyansın bütün üzvləri Ukraynanın gələcəyinin NATO-da olduğunu təsdiqləyiblər.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O vurğulayıb ki, Ukrayna döyüş meydanında nə qədər güclü olarsa, sülh danışıqları zamanı bu ölkənin mövqeyi bir o qədər möhkəm olacaq.

"Tarix təkrar olunmamalıdır. Buna görə də Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razılıq verib", - Stoltenberq əlavə edib.

NATO-nun baş katibi qeyd edib ki, Alyansa üzv ölkələr Ukraynaya dəstəyini davam etdirəcək.

Stoltenberq vurğulayıb ki, Ukraynaya daha çox silah-sursat vermək lazımdır.

 

0.17396187782288