Sumqayıtda yeznəsini və qardaşını bıçaqlayan şəxs hökmdən narazıdır

Sumqayıtda yeznəsini və qardaşını bıçaqlayan şəxs hökmdən narazıdır
 

Sumqayıt Apellyasiya Məhkəməsində Yadigar İsgəndərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Paralel.az" xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il yanvarın 4-də Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevə və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə səbəb Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq istəməsi olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

0.076237916946411