HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusunda necə çaşqınlıq yarada bilib?

HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusunda necə çaşqınlıq yarada bilib?
 

Baxıram ki, dünyanın əksər hərbi mütəxəssisləri və analitikləri, antiterror mütəxəssisləri, istefada olan kəşfiyyat və ordu generalları baş sındırırlar ki, HƏMAS -ın hücumunda İsrail ordusunun uğursuzluğu və İsrail kəşfiyyatının sanki "çöküşü" nə üçün baş verib.
Əksər ciddi media qurumları baş verənləri məhz İsrail kəşfiyyatının "çöküşü" kimi dəyərləndirirlər.

Nəhəng resurslara və texnologiyalara, radio-elektron vasitələrə, agentura şəbəkəsinə malik olan İsrail kəşfiyyatının çöküşünün ağlabatan bir açıqlamasına, izahına da rast gəlmədim.

Analitiklər bunu Pill-Harbor və "11 Sentyabr" hadisələri ilə müqayisə edirlər.

Yəqin, HƏMAS-ın bəsit texnologiyalarına, motorlaşdırılmış paraşütləri və motosikletlərinə qarşı İsrailin müasir texnologiyasının dayanıqlı ola bilməməsi uzun müddət müzakirə predmeti olacaq.

Uzun illərdi ki, Azərbaycan və İsrail hərbi texnologiyalar sahəsində ciddi əməkdaşlıq edirlər.
Bu faktor Qarabağ məsələsinin həllində mühüm rol oynayıb.
Bu ildən isə artıq kosmos texnologiyaları sahəsində biz İsraili əsas partnyor olaraq seçmişik və bir neçə gün öncə başa çatan Astronavtika Konqresində kosmos sahəsində İsrail şirkətləri ilə müqavilə də imzalanıb.
Kibertəhlükəsizlik sahəsində də əsas partnyorumuz İsrail və Türkiyədir.

Belə bir durumda, düşünürəm ki, İsrail kəşfiyyatı və ordusunda buraxılan səhvlər və uğursuzluqlar, onların səbəbləri bizim üçün də mühüm əhəmiyyət kəsb edir.

Osman Gündüz

"Paralel.az"

0.022073030471802