1945-ci ilin Berlinini xatırladan Xankəndi – Fərqli məkanlar, oxşar mənzərələr...
Ən yeni tarix. Maraqlı faktlar.
1945-ci ilin Berlinini xatırladan Xankəndi – Fərqli məkanlar, oxşar mənzərələr...
Bu günlərdə Xankəndi şəhərində baş verən hadisələr 1945-ci ilin Berlin hadisələrini xatırladır, insanlığa qarşı və hərbi cinayətdə ittiham olunanlar həbs olunublar. Məkan və zaman fərqli olsa da, ittihamlar, törədilən cinayətlər, həbslər bir-birinə bənzəyir.
Tarixə qısa bir ekskurs edək. Hitlerin komandasında əsas simalardan biri olan vitse-fürer German Herinq Almaniyanın məğlubiyyətindən sonra ailəsi ilə birlikdə könüllü olaraq təslim olub. Bu, qondarma “artsax”ın “prezidenti”nin müşaviri David Babayanın 28 sentyabrda könüllü olaraq Azərbaycan dövlətinə təslim olmasına bənzəyir.
Almaniyanın xarici işlər naziri İoaxim fon Ribbentrop 14 iyun 1945-ci ildə həbs olunub. O, qondarma “Artsax”ın “dövlət naziri” Ruben Vardanyan kimi sərhəddən keçmək istəyəndə saxlanılıb.
Almaniyanın ədliyyə naziri Otto Tirak 1945-ci ilin mayın 21-də Berlin ətrafındakı şəxsi malikanəsində ələ keçib. O, istintaqla könüllü əməkdaşlıq təklifi ilə özünü xilas etmək istəsə də, törətdiyi cinayətlərə görə əfv edilməyib. Yəqin ki, Xankəndi şəhərində həbs olunan erməni faşistləri də bu variantdan istifadə etməyə cəhd edəcəklər.
Nasist Almaniyasının silahlı qüvvələrinin komandanı Vilhelm Keytel 14 may 1945-ci ildə həbs olunub. Feldmarşal Nrünberq prosesi zamanı cəzadan qurtulmaq üçün törətdiyi bütün cinayətlərin səbəbkarının Hitler olduğunu bildirib. H.tlerin ən yaxın silahdaşı sayılan Keytel məhkəmə zamanı füreri qara qəpiyə satıb. Xankəndidəki separatçı rejimin liderləri də yəqin ki, Keytrl kimi biri-birlərini satacaqlar.
Nasist partiyasının əsas ideoloqlarından biri sayılan Alfred Rozenberq Almaniyanın məğlubiyyətindən sonra ölkənin şimal ərazilərində gizlənib. O, Almaniyanın şimalında əyalət aeroportlarının birində qaçmağa cəhd edəndə saxlanılıb. Bu məsələdə Arayik Arutyunyan Rozenberqin yolunu seçmək istəyib. Belə ki, qondarma “artsax”ın sabiq “prezident”i də Xocalı aeroportu ərazisində ələ keçib.
Almaniyanın daxili işlər naziri Vilhelm Frik 2 may 1945-ci ildə həbs edilib. Nazir hansısa arqumentlərə görə həbs olunacağını çox da ağlına gətirməyib. O, göl ətrafında istirahət edərkən qandallanıb. Elə “Artsax”ın sabiq “prezident”i Bako Saakyanın da Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı Xankəndi küçələrində sərbəst gəzməsi Frikin göl ətrafındakı istirahətinə bənzəyir.
Bu siyahını uzatmaq da olar, Xankəndidəki separatçı rejimin rəhbərlərinin siyahısı kimi. Amma siyahıların birinci sırasında fərq var. Əgər faşist Almaniyasının bir rəhbəri, Adolf Hitler olubsa, “DQR”ə altı nəfər – Robert Koçaryan, Leonard Petrosyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan rəhbərlik edib. Artıq onlardan üç nəfəri həbs olunub və digərlərinin də növbəsi çatacaqdır.
Belə qənaətə gəlmək olar ki, faşist ideologiyasının əsas daşıyıcılarından olan Adolf H.tler ən “uğurlu” çıxış yolunu seçib. Artıq 1944-cü ilin sonlarında məğlubiyyətini hiss edən fürer 1945-ci ilin aprel ayının 30-da intihar edərək özü öz cəzasını verib. Faşizm cərəyanında H.tlerin ən “layiqli” davamçısı sayıla bilinəcək Robert Koçaryan, onun ən yaxın silahdaşı Serj Sarkisyan yəqin ki, bu hadisədən xəbərsiz deyillər.
Artıq Qarabağ müharibəsinin son akkordlarıdır. Hazırda illər boyu erməni işğalı altında olan torpaqlarımızda yüksələn Azərbaycan Bayrağını, qələbəmizin möhtəmşəmliyini bütün dünya görür.
Bəli, müharibə bitdi. Azərbaycan ərazilərində erməni faşizminə, erməni terroruna son qoyuldu. İndi qalır bir məsələ. Nasist cinayətkarlar üçün qurulmuş Nürnberq məhkəməsi kimi, erməni cinayətkarları üçün qurulacaq məhkəmə məsələsi. Vaxtilə Xankəndidə at oynadan, sonda isə göz yaşı axıdaraq başı aşağı cəza evlərinə gətirilən erməni faşistləri məhkəmə qarşısında cavab verməlidirlər, layiqli cəzalarını almalıdırlar və birdəfəlik dərk etməlidirlər ki, Qarabağ və daşnak yuvasına çevirdikləri Xankəndi Azərbaycandır...
İlham Cəmiloğlu
"Paralel.az"