Sülhü bərqərar edə biləcək kişi Ərdoğandır: Maduro

Sülhü bərqərar edə biləcək kişi Ərdoğandır: Maduro
 

Venesuela prezidenti Nikolas Maduro HƏMAS-ın hücumundan sonra yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib və baş verənləri qətiyyətlə pisləyib.

“Paralel.az” xəbər verir ki, o eyni zamanda İsrail-Fələstin münaqişəsinə son verilib sülhün əldə olunmasında ancaq Türkiyə Prezidentinin böyük rolunun ola biləcəyini xüsusi qeyd edib.

Maduro Ərdoğanın yaranmış vəziyyətlə bağlı açıqlamalarını və mövqeyini dəstəkləyərək deyib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tamamilə razıyam. O, son dərəcə ağlı başında sözlər işlədir. BMT qərarlarına hörmətlə yanaşılaraq, ədalətli və tam sülh əldə edilməlidir. İnanıram ki, Ərdoğan bir lider olaraq bu məsələyə müdaxilə edəcək. Atəşkəsin və ədalətli sülhün əldə olunmasını təmin edə biləcək bir şəxs varsa, o da Ərdoğandır”.

 

0.021071910858154