“ABŞ-ın hələlik İsrailə qoşun göndərmək planı yoxdur” – Con Kirbi

“ABŞ-ın hələlik İsrailə qoşun göndərmək planı yoxdur” – Con Kirbi
 

“ABŞ hələlik İsrailə hərbi personal göndərmək niyyətində deyil”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “CBS” telekanalına bildirib.

“Biz həmişə milli təhlükəsizlik maraqlarımızı qorumaq və bütün dünyada, o cümlədən bu bölgədə təhlükəsizlik öhdəliklərimizi yerinə yetirmək üçün lazım olanı edəcəyik. Buna görə də, biz Aralıq dənizinin şərqinə bir təyyarədaşıyan gəmi briqadası yerləşdirmişik”, – Kirbi bununla bağlı sualı cavablandırarkən deyib.

“Hələlik İsraildə qoşun yerləşdirmək planımız yoxdur, lakin yenə də biz həmişə öz maraqlarımızı rəhbər tutacağıq”, – Con Kirbi əlavə edib.

Kirbi həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası, hələlik ABŞ Konqresindəki qanunvericilərdən Yaxın Şərqdə hərbi güc tətbiq etmək üçün icazə istəməyi planlaşdırmır.

Bayden administrasiyasının gələcək üçün belə bir planının olub-olmaması ilə bağlı suala isə Kirbi belə cavab verib:
“Əlbəttə, daha əvvəl dediyim kimi, Prezident milli təhlükəsizlik maraqlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcək. Ancaq mən Konqresdən əlavə səlahiyyət istəmək üçün hər hansı konkret cəhddən xəbərsizəm”.

Paralel.az

 
 
0.014455080032349