Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
 

Sumqayıtda 33 yaşlı tanışını öldürməkdə təqsirli bilinən Azər Dadaşovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Məhkəmə baxış iclası dekabrın 14-nə təyin olunub.

Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.   

 

0.015136957168579