Gənc qızın qeyri-adi allergiyası: dünyada cəmi 250 insanda var - FOTO

Gənc qızın qeyri-adi allergiyası: dünyada cəmi 250 insanda var - FOTO
 

Kaliforniyada yaşayan Tessa Hansen-Smit adlı qadın yer üzündə cəmi 250 insanda olan allergik xəstəliyə tutulub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 25 yaşlı qızda su allergiyası olan “Aquagenic Urticaria” adlı nadir xəstəlik yaranıb. 

Bu xəstəlik onun dərisində izlərin və qurd eşənəyinin əmələ gəlməsinə səbəb olur. Hətta göz yaşları və tərlə də ortaya çıxır. 

8 yaşından bəri bu xəstəliklə mübarizə aparan Tessa duşdan çıxanda dərisində böyük izlərin qaldığını və baş dərisinin ağrıdığını söyləyib.

“Su içən zaman boğazımda və bədənimdə yanma hissi yaşayıram. Buna görə də su əvəzinə süd içirəm. Südün tərkibindəki yağlar, zülallar və şəkərlərin su molekullarının immunitet sistemini yan keçməsinə kömək edərək narahatlığı aradan qaldırır. Duş qəbulu başqaları üçün şəxsi qayğı ola bilər. Lakin mən duşda 5 dəqiqədən çox qalanda huşumu itirməməyə çalışıram”.

Tessa xəstəliyinə görə tez-tez başqaları tərəfindən şübhə ilə qarşılanır. Bəzi insanlar hətta onun allergiyasını sınamağa çalışırlar. 

Qeyd edək ki, xəstəliyin dəqiq səbəbləri bilinməsə də, əsasən qadınlara təsir edir.

Günay

 

0.023593187332153