"Yaxın Şərqi dəyişəcəyik” - Netanyahu

 

Paralel.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu qatıldığı iclasların birində səsləndirib:

“HƏMAS-ın yaşayacaqları çətin və fəlakətli olacaq, əməliyyata girdik və yeni başlayırıq. Qətiyyətli olmanızı istəyirəm, çünki Orta Şərqi dəyişəcəyik”.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.

0.021136045455933