Bişkekdə XİN rəhbərlərinin görüşü ola bilər

Bişkekdə XİN rəhbərlərinin görüşü ola bilər
 

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü gözlənilir.

“Paralel.az” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, rəsmi Moskva oktyabrın 12-də MDB-nin Bişkek sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir.

 

0.015699148178101