BMT Təhlükəsizlik Şurası qapalı iclasda
Fələstin-İsrail münaqişəsini müzakirə edib

BMT Təhlükəsizlik Şurası qapalı iclasdaFələstin-İsrail münaqişəsini müzakirə edib
 

BMT Təhlükəsizlik Şurası qapalı iclasdan sonra Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətlə bağlı heç bir bəyanat qəbul etməyib.

Paralel.az xəbər verir ki, Rusiyanın daimi nümayəndəsi Nebenzya jurnalistlərə bildirib ki, o, Təhlükəsizlik Şurasında atəşkəs və substantiv danışıqlara keçməyə çağırıb.

Maltanın daimi nümayəndəsi Vanessa Freyzer öz növbəsində bildirib ki, ölkələrin heç biri bəyanat layihəsi təklif etməyib.

O, həmçinin qeyd edib ki, Təhlükəsizlik Şurasının bütün üzvləri Həmas-ın İsrailə hücumunu pisləyib.

İsraili bu ölkənin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan təmsil edir.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad” “Əqsa tufanı” əməliyyatı elan edərək, İsrailə hücum edib. Hücum nəticəsində 700-dən çox israilli ölüb, 2,2 min nəfər isə yaralanıb.

İsrail ordusu rəsmən müharibə elan edildiyini açıqlayaraq, cavab tədbirlərinə başlayıb.

0.015208005905151