Qəzza sektorundan İsrailə edilən hücumlarda 700 nəfər ölüb

Qəzza sektorundan İsrailə edilən hücumlarda 700 nəfər ölüb
 

Fələstinin HƏMAS yaraqlıllarının Qəzza zolağından hücumu nəticəsində həlak olan israillilərin sayı 700-ü ötüb.

APA xəbər verir ki, bu barədə "Kan" televiziyası məlumat yayıb.

2200-dən çox İsrail sakini yaralanıb.

Daha əvvəl 600-ə yaxın ölü, 2150-ə yaxın yaralının olduğu bildirilirdi.

İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu bildirir.

 

0.11949610710144