Ərdoğan: “Türkiyə münaqişələri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır”

Ərdoğan: “Türkiyə münaqişələri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır”
 

Yaxın Şərqdə daimi sülh İsrail-Fələstin probleminin yekun həlli, iki müstəqil dövlətin yaradılması ilə mümkündür.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, gərginliyi artıracaq istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayıb.

“Türkiyə münaqişələri dayandırmaq üçün əlindən gələni etməyə hazırdır. Paytaxtı Qüds olan Fələstin Dövlətinin yaradılmasını təxirə salmaq olmaz. Fələstin məsələsi beynəlxalq hüquqa uyğun həll edilməlidir”.

 

0.019777059555054