İsrailin NATO-nun yardımına ehtiyacı yoxdur – Mənbə

İsrailin NATO-nun yardımına ehtiyacı yoxdur – Mənbə
 

Döyüş əməliyyatlarının hazırkı mərhələsində İsrailin ABŞ və NATO ölkələrindən hərbi yardıma ehtiyacı yoxdur.

"Paralel.az" xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

“Qarşıdurmanın bu mərhələsində İsrail Müdafiə Qüvvələri hərbi qələbə qazanmaq üçün bütün lazımi qüvvə və vasitələrə malikdir. Ona görə də indi İsrailin ABŞ və NATO ölkələrinin təcili yardımına ehtiyacı yoxdur. Lakin münaqişənin kəskinləşməsi, onun uzanması və coğrafiyasının genişlənməsi halında bu cür yardım zəruri ola bilər”, - mənbə bildirib.

 

0.021254062652588