İran yeni HHM sistemini nümayiş etdirməyə hazırlaşır

İran yeni HHM sistemini nümayiş etdirməyə hazırlaşır
 

İran yaxın gələcəkdə yeni təkmil hava hücumundan müdafiə sistemini nümayiş etdirməyi planlaşdırır.

"Paralel.az" xəbər verir ki, bu sözləri İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani deyib.

Nazir bildirib ki, yerli hərbi texnika tamamilə İran hərbi mütəxəssisləri tərəfindən layihələndirilib və istehsal edilib:

“Bu sistemin yaradılması Müdafiə Nazirliyinin düşməni gözlənilmədən yaxalamaq və gələcək potensial münaqişələr üçün müxtəlif ssenarilər hazırlamaq doktrinasına uyğundur”.

İranlı general qeyd edib ki, Müdafiə Nazirliyi elmi şirkətlər və mütəxəssislərlə birlikdə son illərdə Bavar-373, Xordad-15, “Talaaş” və “Mersad” kimi bir neçə zenit-raket kompleksi layihələndirib istehsal edə bilib.

 

0.013544082641602