İsrailin dağılması reallığa çevrilib - Bagiri

İsrailin dağılması reallığa çevrilib - Bagiri
 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri HƏMAS-ın İsrailə hücumlarına dəstək verib.

"Paralel.az" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, HƏMAS silahlılarının hücumunun qürurverici olduğunu deyib.

"İsrailin dağılması kabusu bu rejimin rəhbərləri üçün reallığa çevrilib. Dünənki hərbi əməliyyat müqəddəs qəzəbin məhsuludur”, - Bagiri bildirib.

Qeyd edək ki, oktyabrın 7-i gecə saatlarında HƏMAS-ın sözçüsü Qazi Həmd BBC-yə verdiyi açıqlamada həyata keçirdikləri əməliyyatlara İranın dəstək verdiyini demişdi.

Xatırladaq ki, HƏMAS-ın İsrailə qarşı ötən gün başlayan genişmiqyaslı hücumları nəticəsində 300-dən çox yerli sakin ölüb, 1452 nəfər xəsarət alıb.

 

0.33323407173157