“Hizbullah” mövqelərinin atəşə tutulduğunu təsdiqlədi

“Hizbullah” mövqelərinin atəşə tutulduğunu təsdiqlədi
 

İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

"Paralel.az" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Fələstin müqavimət qüvvələri ilə həmrəylik olaraq... bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib” - bəyanatda deyilir.

Qrup nümayəndələri iddia edirlər ki, onlar İsrail ordusunun radar stansiyasını “birbaşa vura” biliblər.

Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.

 

0.013518095016479