BMT-nin Baş katibi İsrailə hücumu pislədi

BMT-nin Baş katibi İsrailə hücumu pislədi
 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş “HƏMAS”ın İsrailə hücumunu pisləyib.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində deyilir.

“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığında və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrailin məskunlaşdığı ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə Dujarrik bildirib.

Bundan əlavə, o qeyd edib ki, Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.

Təşkilatın baş katibinin sözlərinə görə, İsrail ətrafında vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylərə ehtiyac var.

 

0.018242120742798