İrandan Xankəndinin Azərbaycana qaytarılmasına REAKSİYA

İrandan Xankəndinin Azərbaycana qaytarılmasına REAKSİYA
 

Azərbaycan öz ərazilərini tamamilə geri qaytarıb. 

Paralel.az "Mehr"ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələri şərh edərkən deyib.

Ali Milli Müdafiə Universitetində yeni tədris ilinin başlanması münasibətilə keçirilən mərasimdə çıxış edən Baqeri bildirib: 

“Azərbaycanın indiyədək gördüyü işlər öz ərazi bütövlüyünü bərpa etməkdir. Son həftələrdə baş verən hadisələr sayəsində o, tam suverenliyini və ərazi bütövlüyünü bərpa edə bildi. Əlbəttə, bütün bu torpaqlarda azlıqlar dinc və digər vətəndaşlarla bərabər hüquqlarla yaşamalıdırlar”.

 

0.014178037643433