"Axan qanın durması üçün əlimizdən gələni edəcəyik”Ərdoğandan 

 

“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada keçirilən AKP-nin IV növbədənənar qurultayı öncəsi vətəndaşlara müraciətində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində qurutmaq strategiyasını davam etdirəcək: "Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həll edəcəyik. Yaxın və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik”.

Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət bildirib: “Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”

"Paralel.az"

 

0.030838012695312