22 nəfər ölü, 300-ə yaxın yaralı - YENİLƏNİB

22 nəfər ölü, 300-ə yaxın yaralı - YENİLƏNİB
 

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər həlak olub

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

***

“Xəstəxanaya müxtəlif dərəcəli ağırlıqda olan 110 yaralı daxil olub. Xəstəxana hərbi vəziyyətə salınıb”. 

Bunu İsrailin cənubundakı Beerşebadakı Soroka xəstəxanasının təcili yardım komandiri və təcili yardım şöbəsinin rəhbəri Moti Klein bildirib.

Onun sözlərinə görə, Travmatologiya şöbəsində, əməliyyat otaqlarında yaralılar var: “Yaralılar təcili yardım şöbəsinə yerləşdirilib. İndi vəziyyət belədir”.

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.

Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.

Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

 

0.076371908187866