"Hökumət əsas fiqurları tezliklə məhv edəcək”

 

“İsrail çox sərt cavab verəcək. Hökumət artıq çox sərt şəkildə cəzalandıracaqlarını açıqladı. Bu cəza necə olacaq, deyə bilmərəm, amma bir şeyi deyə bilərəm ki, HƏMAS-ın bütün əsas fiqurları tezliklə məhv edilməsi prosesi başlayacaq”.

"Paralel.az" xəbər verir ki, bunu israilli politoloq Menni Korsunski “Hraparak”a açıqlamasında deyib.

İsrailli politoloq qeyd edib ki, bu gün Misirin İsrailə (1973-cü ilin oktyabrdında Misir İsrailə hücum edib-red) hücumu günüdür və HƏMAS simvolik olaraq həmin hücumu təkrarlamaq qərarına gəlib.

“Bu, tam sürpriz idi, heç kim belə bir şey gözləmirdi. Hazırda terrorçular İsrail şəhərlərinə daxil olub və dinc əhaliyə atəş açır. İsrail ərazisində yaşayan ərəblər isə çətin ki, HƏMAS-ın çağırışına cavab versinlər və mübarizəyə qoşulsunlar, əks halda onlar bunun üçün çox yüksək bədəl ödəyəcəklər”, - Korsunski bildirib.

 

0.015722036361694