Prezidentliyə namizədin qətlinə görə həbs olunanlar öldürüldü

Prezidentliyə namizədin qətlinə görə həbs olunanlar öldürüldü
 

Ekvador Prezidenti Gilyermo Lasso avqust ayında Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətli ilə bağlı həbs edilən altı nəfərin həbsxanada qətlə yetirilməsindən sonra ölkənin təhlükəsizlik orqanlarının nümayəndələrini toplantıya çağırıb.

“Quayakildəki 1 saylı təcridxanada baş vermiş altı qətllə bağlı məlumat aldıqdan sonra təhlükəsizlik kabinetinin təcili çağırılmasını əmr etdim. Bu fövqəladə vəziyyətlə məşğul olmaq üçün yaxın bir neçə saat ərzində Ekvadora qayıdacağam”, - deyə prezident bildirilib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Məhbuslarla İş üzrə Xidmət məlumat vermişdi ki, avqustun 9-da Kitoda Vilyavisensionun qətlində əli olmaqda ittiham olunan altı Kolumbiya vətəndaşı həbsxanada öldürülüb.

 

0.027168989181519