Elza qalmaqal yaşadığı Səidənin toyundan görüntülər paylaşdı

Elza qalmaqal yaşadığı Səidənin toyundan görüntülər paylaşdı
 

Əməkdar artist Elza Seyidcahan müğənni Səidə Sultanla barışıb. 

Sənətçi Səidənin toyuna qatıldığını bildirərək, birlikdə olan görüntülərini yayımlayıb. 

"Deyirlər, xeyirlə şər qardaşdır. Məlum səbəblərdən yaşadıglarımıza görə, Səidə qızımızı ailə qurmaq münasibətiylə təbrik etdiyimi paylaşa bilməmişdim. Allah xoşbəxt etsin, oğullu, qızlı olsun. Hamı övladlarından yarısın" deyə, Seyidcahan paylaşımında yazıb. 

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Seyidcahanın Səidənin geyiminə irad bildirməsi olub. Səidə qarşı tərəfə "İQ"sü 70 faiz olandır. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır" sözlərini söyləyib. Seyidcahan “Qədeş söhbətləri" mənlik deyil" cavabını verib. Səidə daha sonra "İQ" nə vaxtdan "qədeş bala" sözü olub? Bilən var? Elza xanımdan soruşublar, deyir intellektual xanımam, "qədeş bala" sözləri bilmirəm” reaksiyasını verib.

 

0.017926931381226