Ermənistanda hərbi hissə komandiri ilə birgə 6 nəfər saxlanılıb

Ermənistanda hərbi hissə komandiri ilə birgə 6 nəfər saxlanılıb
 

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.

APA xəbər verir ki, bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.

O da qeyd olunub ki, təchizatçı şirkət “Mosesko” MMC-nin direktoru da həbs edilib.

 

0.016088008880615