Şərqi Zəngəzurla Naxçıvan arasında İran ərazisindən dəmir yolu tikiləcək

Şərqi Zəngəzurla Naxçıvan arasında İran ərazisindən dəmir yolu tikiləcək
 

Bakı və Tehran arasında Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan MR arasında yeni dəmir yolu xəttinin tikintisi haqqında niyyət protokolu imzalanıb.

 Paralel.az xəbər verir ki, dəmir yolunun İran ərazisindən keçməsi nəzərdə tutulur.

Sənəd baş nazirin müavini Şahin Mustafayevin İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla görüşünün yekununda imzalanıb.

Görüşdə Astaraçay üzərində körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması üzrə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulanıb.

Həmçinin Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması məqsədilə dövlət qurumlarına tapşırıqlar verilib.

0.038151979446411