Bakı ŞT İdarəsinin müdiri Mehriban Vəliyeva yeni vəzifəyə təyin olunub.

Bakı ŞT İdarəsinin müdiri Mehriban Vəliyeva yeni vəzifəyə təyin olunub.
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Daha bir əmrlə M. Vəliyeva Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsinə təyin olunub.

Hələlik keçmiş idarə müdirinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, bu yaxınlarda nazirliyin keçmiş şöbə müdiri Eşqi Bağırov Agentliyin direktoru vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Mehriban Vəliyeva müvafiq əmrlə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Təhsil sektorundakı mənbələrdən daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə Xəyalə Əhmədzadənin təyin olunacağı deyilir.

X. Əhmədzadə hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsini tutur. O, bu vəzifəyə 2021-ci ilin mart ayında təyin olunub. 

Onu da qeyd edək ki, X. Əhmədzadənin qardaşı təhsil nazirinin müşaviri vəzifəsində işləyir. 

Paralel.az

0.036230802536011