Azərbaycan Türkiyədə Mədəniyyət Mərkəzi yaradır

Azərbaycan Türkiyədə Mədəniyyət Mərkəzi yaradır
 

Ankara şəhərində Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılır.

"Paralel.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədi daşıyır.

Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

 

0.037034034729004