Qaradəmirçi kəndinin sakinləri qaz təchizatı ilə bağlı suallarına cavab tapdılar

Qaradəmirçi kəndinin sakinləri qaz təchizatı ilə bağlı suallarına cavab tapdılar
 

"Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yaşadığım ünvanda təbii qazdan istifadə edə bilmirəm. Şəhid ailəsi olaraq sizdən xahiş edirəm ki, küçə qaz xəttinin çəkilməsində bizə köməklik edəsiniz". Bu sözləri Asəf Məmmədov Bərdə rayonunun Qaradəmirçi kəndində baş tutan "Açıq mikrofon" aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib. Kənd sakini Gündüz Musayev istehlak etdiyi təbii qaza görə debitor borcun ödənilməsi üçün smart-kart tipli qaz sayğacının quraşdırılmasını xahiş edib. Rayonun Nəcəfqulubəyli kənd sakini Museyib Abbasovun müraciəti qapı keçidinin quraşdırılması ilə bağlı olub. Mikrofon önünə keçən Lək kənd sakini Firdovsi Nəcəfov isə fərdi yaşayış evinə quraşdırılan qaz sayğacının tənzimləyicisinin dəyişdirilməsini və qapı keçidinin quraşdırılmasını istəyib. Səsləndirilən müraciətlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb və müvafiq tapşırıq verilib.

"Paralel.az"

0.014079809188843