2 qardaş 8 il ərzində şirkəti aldatdılar

2 qardaş 8 il ərzində şirkəti aldatdılar
 

ABŞ-nin San Dieqo şəhərində iki qardaş “Apple” şirkətinin saxta məhsullarını qüsurlu olduqlarını bəhanə edərək həqiqi məhsullarla əvəz ediblər. 

8 il ərzində 10 min saxta “Apple” məhsulunun ticarətini edən qardaşlar nəhayət yaxalanıblar.

Zhimin və Zhiting Liao Çindən “iPhone” və “iPad” idxal edərək ABŞ və Kanadadakı “Apple” mağazalarında saxta məhsullarla barter etdiklərinə görə hər biri 41 ay həbs cəzasına məhkum ediliblər.

Zhimin Liao şəxsən 22 ştatda 105 “Apple” mağazasında təxminən 720 saxta “iPhone” və “iPad” alqı-satqısı edib.

Zhiting Liao isə şəxsən ABŞ və Kanadanın 18 ştatında ən azı 200 Apple mağazasında təxminən 718 saxta “iPhone” və “iPad” alverinə cəhd edib.

Prokurorlar həmçinin Liao qardaşlarının arvadlarını sxemdə müxtəlif rollara görə ittiham ediblər. Qadınların hər biri də günahını etiraf edib və 3 il şərti azadlıqdan məhrum edilib.

Beləliklə “Apple” şirkəti ümumilikdə təxminən 6,1 milyon dollar ziyan edib.

 

 

0.013696908950806