...Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə... - Ekspert

...Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə... - Ekspert
 

Müəllimlərin orta aylıq əməkhaqqı 2023-cü ilin sentyabr ayında olan məlumata görə, 830 manat təşkil edib. 2023-cü ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 917 manat olub. 

Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, müəllimin orta aylıq əməkhaqqı ölkədəki orta aylıq əməkhaqqıdan aşağıdır:

"Biz hansısa əməkhaqqı məbləği ilə müəllim əməyini qiymətləndirə bilmərik. Lakin heç olmasa, müəllim rəqəmlərə baxanda görməməlidir ki, onun orta aylıq əməkhaqqı, ölkədəki orta aylıq əmək haqqıdan aşağıdır". 

"Böyük ümidlərlə gözləyirəm ki, müəllimlərin əməkhaqqının yüksəlməsinə imkan verən sertifikasiya prosesləri bütün istiqamətlər üzrə maksimal sürətlə tamamlanacaq və ən qısa müddətdə müəllimlər təkcə sözdə deyil, aldıqları əməkhaqqıda da orta statistik səviyyədən yuxarıda olacaqlar",- deyə ekspert əlavə edib.

 

0.016891002655029