İraqın şimalında terrorçulara məxsus 22 obyekt vurulub

İraqın şimalında terrorçulara məxsus 22 obyekt vurulub
 

İraqın şimalındakı Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terrorçu qruplara qarşı keçirilən hava əməliyyatı zamanı 22 obyekt məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

"Paralel.az" Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq İraqın şimalındakı Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terror təşkilatlarına qarşı hava əməliyyatı keçirilib. Əməliyyatın məqsədi mülki əhalini və sərhəd təhlükəsizliyini təhdid edən PKK/KSK terror qruplaşmalarını və digər terror ünsürlərini zərərsizləşdirmək olub.

“Hava hücumları nəticəsində separatçı terror təşkilatının istifadə etdiyi və bu təşkilatların yüksək rütbəli üzvlərinin gizləndiyi iddia edilən mağara, sığınacaq, bunker, sığınacaq və anbarlardan ibarət 22 obyekt məhv edilib. Həyata keçirilən əməliyyatlar zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib. Bu coğrafiyada bir dənə də olsun terrorçu qalmayana qədər terrorla mübarizə davam edəcək”, - məlumatda qeyd edilib.

0.02459192276001