Bütün dünya sənin olacaq! - 
Kiplinq
 

Bütün dünya sənin olacaq! - Kiplinq 
 

Bu sözlər Kiplinqin oğluna nəsihətindəndir, ya da vəsiyyətindəndir, dəqiq bilmirəm.

Amma dəqiq bilirəm ki, bütün atalar bu sözləri öz oğullarına demək istəyir... Sadəcə olaraq, çoxumuzun cəsarəti çatmır... Bəlkə Kiplinq olmaq lazımdır? Buna da çoxumuzun qüdrəti çatmır...

Redyard Kiplinq bütün zamanların və insanların ən böyük yazıçılarından biridir. Bəli, bəli, təxminən öz müasirləri Maksim Qorki, Remark və Heminquey kimi... Dövrünün bütün ali mükafatlarını almış, bütün aparıcı universitetlərin fəxri professoru olmuşdur. Amma sovet təbliğatı ona qadağa qoymuşdu, Soljenitsına, Alber Kamyuya qoyulan kimi...

Biz Kiplinqi "Mauqli" cəngəllik nağıllarının müəllifi kimi (Mən dostlra "Kim" macəra-romanını məsləhət görərdim) tanıyırdıq. Amma bu kiçik nağıllar da Kiplinqi bütün İttifaqda populyar etmişdi. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyildi...

Cozef Redyard Kiplinq Hindistan əsilli ingilis dilli jurnalist, publisist, yazıçıdır. 1865-ci ikdə Bombeydə doğulub, 1936-cı ildə Londonda vəfat edib. 1907-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb. Yeri gəlmişkən, bu mükafatı alan ilk ingilisdilli yazıçıdır. Əsərləri demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunub.

Oxucuların marağını nəzərə alıb deyim ki, Kiplinq öz zamanında dünyada ən çox oxunan və ən çox qazanan yazıçı olub. Təsəvvür edin, qızılın qramının 1 funt-sterlinq olduğu vaxtda, Kiplinq yazdığı hər sözə görə 1 funt alıb.

Bəli, sözün əsl mənasında bütün dünya Kiplinqin olub, Kiplinqi oxuyub, odur ki, oğluna da vəsiyyət edib...

Qalib ARİF

"Paralel.az"

0.057735919952393