DİN-dən sürücülərə təhlükə yaradanlarla bağlı açıqlama – VİDEO

DİN-dən sürücülərə təhlükə yaradanlarla bağlı açıqlama – VİDEO
 

Maşın təkərini yüksəklikdən buraxaraq, yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaradan şəxslər barədə araşdırma başladılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Zeyni Hüseynov məlumat verib.

Bildirilib ki, qurum yayılan görüntülərdən məlumatlıdır:

“Araşdırma aparılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***00:49

Bakıda yeniyetmələrin nəqliyyat vasitələri üçün yaratdığı təhlükəni əks etdirən görüntülər gündəm olub.

Globalinfo.az xəbər verir ki, yeniyetmələrin “oyunu” xoşbəxtlikdən faciə ilə nəticələnməyib.

Belə ki, görüntülərdə yeniyetmələrin maşın təkərini yüksəklikdən buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratdığı an əks olunub.

Təkəri buraxdıqdan sonra hadisənin faciə ilə nəticələnməməsinə yeniyetmələrin heyifsilənməsi isə insanı dəhşətə gətirir. 

Görüntüləri təqdim edirik:

 
0.016043186187744