"İki dəfə komaya düşmüşəm" - Faiq Ağayev

 

Xalq artisti Faiq Ağayev komaya düşməsindən danışıb. 

Paralel.az xəbər verir ki, "Mədəniyyət TV"də qonaq olan müğənni həyat sevgisindən söz açıb. 

"Həyatımda iki dəfə komaya düşmüşəm. Rəsmən ölmüşəm. Ona görə yaşamağı sevirəm və ölməkdən qorxmuram. Bilirəm ölüm nə olan şeydir. Yaşamaq isə çox şirindir. Bir də görürsən kimsə 100 illiyini qeyd edir, içində deyir ki, kaş bir il də yaşayardım. Bu dünyada hər bir canlıda ən böyük istək yaşamaqdır. Biz sənətlə yaşamaq hissini dolğunlaşdırırq. İnsana yaşamaq üçün səbəb veririk" deyə, F.Ağayev bildirib. 

 

0.026932001113892